Səfir: İraq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT-nin qətnamələrinin yerinə yetirilməsinə çağırır


Digərləri 06 Noy 2018 12:27:55 228 0

Səfir: İraq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT-nin qətnamələrinin yerinə yetirilməsinə çağırır

İraq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir və BMT-nin qətnamələrinin yerinə yetirilməsinə çağırır

Bakı. Elçin Mehdiyev – İraqın Azərbaycanla çox dərin əlaqələri var və Azərbaycan İraqın regionda ən yaxşı tərəfdaşıdır. Trend-in məlumatına görə, bunu İraqın Azərbaycandakı səfiri Fadil Avad əl-Şuveyli bu gün keçirilən mətbuat konfransında deyib. Səfir bildirib ki, İraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır: "İraq münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir və BMT-nin qətnamələrinin yerinə yetirilməsinə çağırır". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin