"Borussiya" futbolçuları ölümdən döndülər


Digərləri 06 Noy 2018 11:58:42 249 0

"Borussiya" futbolçuları ölümdən döndülər

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda bu gün "Atletiko"nun qonağı olacaq "Borussiya" Madrid səfəri zamanı xoşagəlməz hadisə ilə üzləşib. Son.az qol.az-a istinadən xəbər verir ki, Dortmund klubunu aparan təyyarə İspaniya paytaxtına eniş zamanı qəzaya uğraya bilərmiş. Buna səbəb isə həmin vaxt eniş zolağına qəflətən başqa təyyarənin girməsi olub.

Bunu görən pilotlar toqquşmadan yayınmaq üçün təyyarəni yenidən havaya qaldırıblar. Onlar yalnız ikinci cəhddə hava gəmisini aeroporta endirə biliblər ki, bu da təxminən 30 dəqiqə gecikməyə səbəb olub. Hadisə zamanı xəsarət alan olmayıb. Qeyd edək ki, "Atletiko" - "Borussiya" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

(adsgarden = window.adsgarden || []).push({});