Cahangir Hacıyevin vəkilinin fəaliyyəti dayandırıldı


Digərləri 06 Noy 2018 11:10:00 207 0

Cahangir Hacıyevin vəkilinin fəaliyyəti dayandırıldı

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin oktyabrın 29-da keçirilən iclasında fəaliyyəti müvəqqəti dayandırılan iki vəkildən birinin kimliyi bəlli olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, onlardan biri vəkil Aqil Layıcovdur. A.Layıcov hazırda həbsdə olan "Azərbaycan Beynəlxalq Bankı"nın keçmiş sədri Cahangir Hacıyevin hüquqlarını müdafiə edir.

Kollegiyanın yanvarın 22-də keçirilən iclasında A.Layıcova töhmət verilmişdi. Həmin iclasda C.Hacıyevin digər vəkili Fəxrəddin Mehdiyevin fəaliyyəti 1 illik dayandırılmışdı. Bu dəfə isə A.Layıcovun fəaliyyəti 6 aylıq dayandırılıb.