Mobil telefon şüası qaraciyər və ürək xərçənginə səbəb olur


Digərləri 06 Noy 2018 08:05:00 258 0

Mobil telefon şüası qaraciyər və ürək xərçənginə səbəb olur

Alimlər müasir smartfonların insan üçün ölümcül təhlükəli olmasını açıqlayıblar. Son.az ICTnews-a istinadən bildirir ki, onların sözlərinə görə, radiodalğalar qaraciyər və ürək xərçənginə səbəb ola bilər. Bu, "2G" və "3G" şəbəkələrini dəstəkləyən telefonlara şamil edilir.

ABŞ Milli Ətraf Mühit Gigiyenası İnstitutunun məlumatına görə, genişmiqyaslı tədqiqat ölkə bioloqları tərəfindən aparılıb.

Təcrübələrdə iki yüz laboratoriya siçovulu və siçanı iştirak edib. Gəmiricilər mobil telefon antenalarının təsirini imitasiya edən qəfəsdə yaşayıblar. Bəzi heyvanlar isə hələ bətndə ikən radiodalğaların təsirinə məruz qalıb.