Özbəkistanda Fransa şərabları istehsal olunacaq


Digərləri 05 Noy 2018 22:05:00 260 0

Özbəkistanda Fransa şərabları istehsal olunacaq

Yüksək keyfiyyətli Fransa şərabları istehsal etmək üçün Özbəkistana "Kaberne", "Savinyon" və "Şardone" üzüm sortlarının tingləri gətirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tinglər Namanqan vilayətində sınaqdan çıxarılacaq.

Namanqandakı "Yangikurqan şarab" zavodunun nümayəndəsi jurnalistlərə deyib ki, Fransadan gətirilən, əsasən ağ şərab hazırlanması üçün nəzərdə tutulan bu üzüm sortları şəraitə uyğunlaşsa və kifayət qədər məhsul versə, Özbəkistanın şərab zavodları tam gücü ilə işləyəcək.