Bill Geyts robot vergisindən söz açdı


Digərləri 05 Noy 2018 21:30:00 287 0

Bill Geyts robot vergisindən söz açdı

"Microsoft" şirkətinin təsisçisi Bill Geyts bəyan edib ki, gələcəkdə robotlara görə xüsusi rüsumlar tətbiq ediləcək.

Son.az oxu.az-a istinadən bildirir ki, onun sözlərinə görə, robotlara tətbiq ediləcək vergi insanlara iş yerlərini mühafizə etməyə yardım edəcək.

O həmçinin qeyd edib ki, avtomatlaşdırma insanların kütləvi surətdə işsiz qalması ilə nəticələnə bilər.