Təmiz kərə yağını necə seçək?


Digərləri 05 Noy 2018 21:09:00 282 0

Təmiz kərə yağını necə seçək?

Azərbaycanda kərə yağı ən çox istifadə olunan məhsullardandır. Statistik rəqəmlərə nəzər salsaq, məlum olur ki, kərə yağı xalqımızın ən çox yediyi on məhsuldan biridir. Hazırda ölkədə fəaliyyət göstərən marketlərdə 40-dan çox çeşiddə kərə yağı satılır. 

Bəs kərə yağının tərkibinin təmiz olduğunu necə anlamaq olar? 

Son.az oxu.az-a istinadən bildirir ki, kərə yağı təbii süddən alındığı üçün ilk növbədə onun saxlama müddətinə diqqət etmək vacibdir.

Təbii süd məhsulları tez xarab olduğundan yağın da saxlama müddəti az olmalıdır. 

Marketlərdə təmiz kərə yağı alan zaman ilk öncə rənginə diqqət edin. Təmiz kərə yağı nə kəskin sarı olmalıdır, nə də kəskin ağ. Parlaq sarı rəng göz aldatmaq üçün vurulan boyadan xəbər verir. Yağın rəngi mütləq bərabər olmalıdır. Dəyişən rənglər kərə yağına məxsus deyil. Əgər aldığınız yağ elədirsə, demək, saxtadır. 

Təmiz kərə yağı öz formasını saxlayır və bərk olur. Büküldüyü kağıza və bıçağa yapışmır. Xalis kərə yağı tez yumşalmır. İsti tavaya atılmış kərə yağı yavaş-yavaş əriyir. Əgər səthində damcılar əmələ gəlirsə, deməli, marqarindir. Həmçinin, kərə yağı soyuducudan çıxarılan kimi parçalanmamalıdır.

Təmiz kərə yağı çörəyin üzərinə qalın, vahid, bircinsli qat kimi yaxılır.