Bakının gizli küçələri bələdçi turları, xüsusi marşrutlar...


Digərləri 05 Noy 2018 19:00:00 352 0

Bakının gizli küçələri  bələdçi turları, xüsusi marşrutlar...

Bakıda 4-5 noyabr 2018-ci il tarixlərində Avropa İttifaqının təşəbbüsü ilə Almaniyanın Azərbaycandakı səfirliyi, eləcə də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyilə, Bakıda Fantazia mədəni irs festivalı çərçivəsində tarixçi və peşəkar təlimatçılar tərəfindən dəstəklənən Bakı şəhərinin tarixi qəlbindən keçərək ziyarətçiləri zaman içində səyahətə dəvət edən xüsusi bələdçi marşrutları təqdim edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu gəzintilər, 20-ci əsrin əvvəllərinə aid valehedicin memarlıq incilərinin yenidən kəşf edilib, bu bina və abidələrin Bakı mədəni və memari irsinin əhəmiyyətli bir hissəsini təmsil etməsinin vurğulanması məqsədi daşıyır.

Avropalı memarlar tərəfindən ilkin qara qızıl, yəni neft bumu dövründə tikilən, Bakının köhnə hissəsi olan "Sovetskaya" ərazisindəki ecazkar tarixi tikililərin əksəriyyəti populyar turizm marşrutlarına daxil edilmir. Bu binalardan bəziləri bu gün şəxsi evlər olduğundan ictimaiyyət üçün bağlıdır.

Könül Rəfiyevanın bədii rəhbərliyi altında keçirilən Fantaziya Festivalı bu binaların bəzilərini  müxtəlif tematik xüsusi hazırlanmış ekskursiyalar zamanı açılmasını təmin edir. Memar Elçin Əliyev "Alman iris Bakı memarlığında" ölkəmizdə, həmçinin paytaxt Bakıda alman əsilli memarların izlərinə barədə, "Bakı əsrlər boyu" gəzintisində tanınmış bloqer və jurnalist Vyaceslav Sapunov İçərişəhər və ilk neft bumu dövrü tikililərinə dair tarixə baxış, "Bakının gizli küçələri" zamanı isə gənc bələdçi Ülkər Mahmudova şəhərin gizli küçələrini və digər memarlıq abidələri ətrafında ekskursiya aparmışdır.


Xəbərə aid fotolar