İtaliyada məhkum poçt işçilərini girov götürdü


Dünya 05 Noy 2018 18:08:00 224 0

İtaliyada məhkum poçt işçilərini girov götürdü

İtaliyanın Reggio Emilia şəhərində Françesko Amato adlı bir nəfər poçt şöbəsinin dörd əməkdaşını girov götürüb.

Son.az report-a istinadən xəbər verir ki, o, girovların azad edilməsi üçün ölkənin daxili işlər naziri Matteo Salvini ilə görüşmək tələbini irəli sürüb.

Hadisə yerinə xüsusi təyinatlı polis əməkdaşları cəlb edilib, F.Amato ilə danışıqlar aparılır.