2019 Formula 1 Azərbaycan Qran Prisinin Marşal Proqramı üçün qeydiyyatı başlanıldı


Digərləri 05 Noy 2018 17:52:00 268 0

2019 Formula 1 Azərbaycan Qran Prisinin Marşal Proqramı üçün qeydiyyatı başlanıldı

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) 26-28 aprel 2019-ci il tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinin Marşal Proqramı üçün qeydiyyat prosesinə start verib.

BŞH-dən Son.az-a verilən məlumata görə, paytaxt Bakının mərkəzi küçələrində bu möhtəşəm idman tədbirinin uğurla baş tutmasında birbaşa öz töhfəsini vermək istəyən və yaşayış yerindən asılı olmayaraq yaşı 21-dən çox olan hər kəs Marşal Proqramına qoşula bilər. Proqrama cəlb olunmuş marşallar 2019 Formula 1 Azərbaycan Qran Prisinin əvəzolunmaz bir hissəsi olmaq və eyni zamanda Formula 1 yarışının həyəcanını trekə ən yaxın yerdən yaşamaq imkanına sahib olacaqlar.

Bizə qoşulmaq istəyənlər gecikmədən Marşal Proqramına Müraciət Sistemi (http://marshals.bakucitycircuit.com/#/login) vasitəsilə qeydiyyatdan keçə bilərlər".

(adsgarden = window.adsgarden || []).push({});