Şahmar Mövsümov: "Azərbaycan dövlət büdcəsinin neft qiymətlərinin dəyişkənliyindən asılılığını azaldır"


Digərləri 05 Noy 2018 17:16:00 255 0

Şahmar Mövsümov: "Azərbaycan dövlət büdcəsinin neft qiymətlərinin dəyişkənliyindən asılılığını azaldır"

Azərbaycanın 10 ay ərzində 45 milyard dollara çatmış strateji valyuta ehtiyatları dünya maliyyə böhranına müqavimət məqsədli tədbirlərin uğurla həyata keçirilməsi, iqtisadi, sosial, ekoloji və digər məsələlərin həlli üçün imkanlar yaradır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu parlament komitələrinin iclasında dövlət büdcəsinin müzakirəsi zamanı Dövlət Neft Fondunun (SOFAZ) icraçı direktoru Şahmar Mövsümov deyib.

Ş.Mövsümovun sözlərinə görə, 2019-cu il üçün SOFAZ-ın baza göstəriciləri də dövlət büdcəsinin parametrləri kimi neftin bir bareli üçün 60 dollar orta illik qiymətinə əsasən formalaşdırılıb. Buna uyğun olaraq SOFAZ-ın 2019-cu il üzrə gəlirləri 15,579 milyard manat həcmində proqnozlaşdırılır ki, bu da 2017-ci ilin göstəricisindən 28,4 faiz, 2018-ci ilin proqnozundan isə 1,8 faiz çoxdur.

İcraçı direktor qeyd edib ki, Fondun gəlirlər strukturunda 13,218 milyard manatı neft və qaz satışlarından gəlirin payına düşəcək.

Ş.Mövsümov əlavə edib ki, SOFAZ-ın 2019-cu il üçün xərcləri 11,364 milyard manat həcmində proqnozlaşdırılır ki, bu da 2017-ci ilin göstəricisindən 3,3 faiz çox, 2018-ci ilin proqnozundan isə 0,7 faiz azdır.

Onun sözlərinə görə, SOFAZ-ın 2019-ci il üçün büdcə profisiti 4,214 milyard manat həcmində proqnozlaşdırılır.

Ş.Mövsümov onu da vurğulayıb ki, 2019-cu ildə Azərbaycanın icmal büdcəsinin xərclərinin ortamüddətli və uzunmüddətli idarə olunması üzrə yeni büdcə qaydalarının tətbiq olunması dövlət büdcəsinin neft qiymətlərinin dəyişkənliyindən asılılığını azaldacaq:

"Yeni qaydaların tətbiq olunması sayəsində ÜDM-də qeyri-neft kəsirinin 1,7 faiz azaldılması planlaşdırılır".

Son.az