Daxili işlər nazirinə "Новое Время" qəzetinin baş redaktoru tərəfindən minnətdarlıq


Digərləri 05 Noy 2018 16:28:00 261 0

Daxili işlər nazirinə "Новое Время" qəzetinin baş redaktoru tərəfindən minnətdarlıq

Son.az xəbər verir ki, "Новое Время" qəzetinin baş redaktoru Şakir Habiloğlu qəzetin qarət olunması faktının tez bir zamanda üstünün açılmasına görə Azərbaycan Respublikası Daxili Işlər Nazirini, polis general-polkovniki Ramil Usubova dərin minnətdarlıq bildirir. Eyni zamanda, baş redaktor Nərimanov rayon Polis Idarəsinə və 16-ci Polis bölməsinə minnətdarlıq bildirir.

Qeyd edək ki, oktyabrın 11-dən 12-nə keçən gecə "Yeni Zaman" - "Новое Время" qəzetinin ofisi qarət edildi.

Azərbaycan parlamentinin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov qəzet ofisinin qarəti barədə Daxili Işlər Naziri Ramil Usubovun adına məktub göndərilərək, ondan sözügedən işi şəxsi nəzarətinə götürməsi xahiş etmişdi.

Sonradan "Новое Время" qəzetinin redaktoruna DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov zəng vuraraq, ofisinin qarət faktını Daxili Işlər Naziri, general-polkovnik Ramil Usubovun şəxsi nəzarətinə götürdüyünü və Bakı Şəhər Baş polis idarəsinə, eləcə də Nərimanov rayon Polis Idarəsinə cinayəti operativ şəkildə açılması haqda müvafiq göstərişlər verdiyini bildirdi.