Şahmar Mövsümov: Azərbaycan dövlət büdcəsinin neft qiymətlərinin dəyişkənliyindən asılılığını azaldır


Digərləri 05 Noy 2018 16:24:00 238 0

Şahmar Mövsümov: Azərbaycan dövlət büdcəsinin neft qiymətlərinin dəyişkənliyindən asılılığını azaldır

Azərbaycanın 10 ay ərzində 45 milyard dollara çatmış strateji valyuta ehtiyatları dünya maliyyə böhranın müqavimət məqsədli tədbirlərin uğurla həyata keçirilməsi, iqtisadi, sosial, ekoloji və digər məsələlərin həlli üçün imkanlar təqdim edir

Bakı. Taleh Mursaqulov - Azərbaycanın 10 ay ərzində 45 milyard dollara çatmış strateji valyuta ehtiyatları dünya maliyyə böhranına müqavimət məqsədli tədbirlərin uğurla həyata keçirilməsi, iqtisadi, sosial, ekoloji və digər məsələlərin həlli üçün imkanlar yaradır. Trend-in məlumatına görə, bunu parlament komitələrinin iclasında dövlət büdcəsinin müzakirəsi zamanı Dövlət Neft Fondunun (SOFAZ) icraçı direktoru Şahmar Mövsümov deyib. Ş.Mövsümovun sözlərinə görə, 2019-cu il üçün SOFAZ-ın baza göstəriciləri də dövlət büdcəsinin parametrləri kimi neftin bir bareli üçün 60 dollar orta illik qiymətinə əsasən formalaşdırılıb. Buna uyğun olaraq SOFAZ-ın 2019-cu il üzrə gəlirləri 15,579 milyard manat həcmində proqnozlaşdırılır ki, bu da 2017-ci ilin göstəricisindən 28,4 faiz, 2018-ci ilin proqnozundan isə 1,8 faiz çoxdur. İcraçı direktor qeyd edib ki, Fondun gəlirlər strukturunda 13,218 milyard manatı neft və qaz satışlarından gəlirin payına düşəcək.