Bu gün axşama doğru külək güclənəcək


Digərləri 05 Noy 2018 16:10:39 181 0

Bu gün axşama doğru külək güclənəcək

Bu gün axşam saatlarında gözlənilən hava şəraiti açıqlanıb.

Bakı. Bu gün axşam saatlarında gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında axşam saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu 12-14 dərəcə isti təşkil edəcək.