“Bank Respublika”nın əfsanəvi kredit kartları geri qayıdır


Digərləri 05 Noy 2018 13:45:00 316 0

“Bank Respublika”nın əfsanəvi kredit kartları geri qayıdır

Bank Respublika çoxdan gözlədiyiniz əfsanəvi FAİZSİZ kredit kartlarının verilməsinə yenidən start verir!

Bakı. Əzizlərinizə hədiyyə almaq, səyahətə çıxmaq və digər planlarınızı həyata keçirmək üçün maaş gününü gözləyirsiniz? Təcili və vacib işlər üçün maaş gününü gözləməyə artıq ehtiyac yoxdur! Çünki, sizə faydalı Bank Respublika çoxdan gözlədiyiniz əfsanəvi FAİZSİZ kredit kartlarının verilməsinə yenidən start verir! Bank istifadə müddəti 5 il olmaqla müştərilərə 45 günədək güzəşt müddəti ilə kredit xətti təklif edir. Başqa sözlə, müştəri istifadə etdiyi məbləği növbəti ayın 15-dək əlavə istər nağd, istər də nağdsız olaraq, faiz hesablanmadan istifadə edə biləcək. Ödənilən məbləğ kartda bərpa olunduqdan sonra təkrar istifadə edilə bilər. Bankın partnyor şəbəkəsində alış-veriş zamanı plastik kartları ilə aparılan ödənişlər, kart sahiblərinə həm də bonuslar qazandırır və bu bonuslarla sərfəli alış-veriş etmək mümkündür.