Nazəninin prodüseri Təranə Qumraldan üzr istədi –


Şou-biznes 05 Noy 2018 13:20:00 282 0

Nazəninin prodüseri Təranə Qumraldan üzr istədi –

Müğənni Təranə Qumral və Nazənin arasında qalmaqal səngimək bilmir.

Milli,Az primetime.az-a istinadən xəbər verir ki, Nazənin Salayevanın prodüseri Pərviz Fəqan Təranə Qumraldan üzr istəyib.

"Lider Maqazin"ə açıqlama verən prodüser Pərviz bildirib ki, Təranə Qumralla arasında söz-söhbət olub:

"Efirə telefon bağlantısı zamanı əsəbi oldum və Təranə xanıma müəyyən ifadələr işlətdim. Kaş ki işlətməzdim. O da mənim dediyim sözlər üçün məhkəməyə verdi. Qanun da, öz növbəsində, dediyim sözləri təkzib etməyi və Təranə Qumraldan üzr istəməyimi istəyir. Mən də bu gün sizin vasitənizlə illər öncə dediyim sözləri təkzib edib, ondan üzr istəyirəm".