Burada gediş haqqı plastik qablarla ödəniləcək


Dünya 05 Noy 2018 11:17:00 258 0

Burada gediş haqqı plastik qablarla ödəniləcək

İndoneziyanın ikinci ən böyük şəhəri Surabayada plastik tullantılarla mübarizənin yeni üsulu tapılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, sakinlər plastik qabları təhvil verməklə şəhər avtobuslarında ödənişsiz hərəkət edə biləcəklər.

Qeyd olunur ki, sərnişin plastik stəkan və ya butulkanı terminala salmaqla gediş haqqı əldə edir. 10 plastik stəkan və ya 5 plastik butulka ikisaatlıq ödənişsiz gediş hüququ verir.