11 yaşlı oğlan "otağını təmiz saxla" deyən nənəsini öldürdü,


Dünya 05 Noy 2018 09:53:00 277 0

11 yaşlı oğlan "otağını təmiz saxla" deyən nənəsini öldürdü,

11 yaşlı oğlan nənəsini öldürüb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın Arizona ştatının Liçfild şəhərində nəvə öz nənəsini öldürüb, sonra da intihar edib.

Yaşı 18-dən az olduğuna görə adı mətbuata açıqlanmayan oğlan nənəsini televizora baxdığı anda arxadan güllələyib.

Güllə səsini eşidən baba qaçıb, o, bir neçə dəqiqə sonra özünə gələrək gülələnmiş xanımına kömək etmək istəyəndə yenidən silah səsləri eşidib və nəvəsinin yerə yıxıldığını görüb.