Epilepsiya tutmaları barədə xəbərdarlıq edən "ağıllı" qolbaq hazırlanıb


Digərləri 05 Noy 2018 09:55:00 265 0

Epilepsiya tutmaları barədə xəbərdarlıq edən "ağıllı" qolbaq hazırlanıb

Hollandiya alimləri epilepsiya tutmaları barədə əvvəlcədən siqnal verən ağıllı “Nightwatch” qolbağını yaratmağa müvəffəq olublar.

Bakı. Hollandiya alimləri epilepsiya tutmaları barədə əvvəlcədən siqnal verən ağıllı “Nightwatch” qolbağını yaratmağa müvəffəq olublar. Trend-in məlumatına görə, xəstənin biləyinə taxılan qolbaq onun ürək döyüntüsünü və əzələlərin sıxılma xüsusiyyətini izləyir. Artan ürək sürəti və əzələlərin daralması aşkar edildikdə isə o, epilepsiyanın başlanmasını xəbər verir və bu zaman qırmızı işıq yanır.