YENİLİK: Bu xəstəliklərdən əziyyət çəkənlər də dərmanlarını elektron reseptlərlə alacaqlar


Digərləri 05 Noy 2018 07:45:00 239 0

YENİLİK: Bu xəstəliklərdən əziyyət çəkənlər də dərmanlarını elektron reseptlərlə alacaqlar

Azərbaycanda bütün şəkərli diabet, hemofiliya, xroniki böyrək çatışmazlığı və böyrək transplantasiyası apalmış xəstələr dərman preparatlarını elektron reseptlərlə alacaqlar.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda bütün şəkərli diabet, hemofiliya, xroniki böyrək çatışmazlığı və böyrək transplantasiyası aparılmış xəstələr dərman preparatlarını elektron reseptlərlə alacaqlar. Bunu Trend-ə Səhiyyə Nazirliyi Aparatının tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidov deyib. Nazirlik rəsmisinin sözlərinə görə, dərmanların elektron reseptlərlə verilməsi dərman ehtiyatının proqnozlaşdırılmasına, onların dövriyyəsinə nəzarətin təmininə imkan verəcək: "Bu, eyni zamanda, imkan verəcək ki, regionlardakı xəstələr bir çox dövlət proqramları üzrə dərmanların alınması üçün Bakıya gəlməsinlər. Dərmanlar elə bölgələrdəki xəstəxanalardan xəstələrə paylanılsın”.