Günün qoroskopu: Şərtlər əlverişlidir


Digərləri 05 Noy 2018 00:01:00 357 0

Günün qoroskopu: Şərtlər əlverişlidir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - mühüm işlərə başlamağa tələsməyin. Bunun üçün yararlı və münasib zaman deyil. Bütün detalları, təfərrüatları bir daha götür-qoy edin. Konkret fəaliyyət planı hazırlayın. Belədə uğur şanslarınız xeyli artacaq.

Günün ikinci yarısında köhnə dostlarla asanlıqla dil tapacaqsınız. İlk dəfə gördüyünüz insanda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.

Axşam saatlarına yaxın səhhətinizdə prolemlər yarana bilər. Sümük və oynaqlarınızda xroniki ağrılar varsa, ehtiyatlı olun. Travma riski var.

Buğa - romantik münasibətlər baxımından əlverişli zaman olsa da, bütün diqqəti işə yönəldin. Məqsədə doğru aparan yolda fikriniz dağılmasın. Huşyar və sərvaxt olun. İntuisiyanız sizi aldatmayacaq. Kiminlə əməkdaşlıq etməyin gərəkdiyini, kimdən də uzaq durmağa zərurət duyulduğunu hiss edin.

Günün ikinci yarısında situasiya ağırlaşacaq. Əsas məsələnin çözümünü unudaraq ikinci dərəcəli problemləri qabartmayın. Adi günlərdən fərqli olaraq sizi daha çox tənqid edirlər. Deyilənlər sizi bədbinləşdirməsin. Yumor hissini yada salın.

Belədə yaşamınız daha gözəl və rahat olacaq.

Əkizlər - ehtiyatlı və sayıq olun. İstənilən işə ciddi yanaşma, addım və əməllərin kritik dəyərləndirilməsini tələb edən gündür. İndiyədək əldə etdiyiniz yaşam təcrübəniz karınıza gələcək.

Köhnə yanlışlıqları yada salaraq yeni səhvlərə yol verməyin.

Günün ikinci yarısında evdə xoşagəlməz hadisə yarana bilər. Xırda məsələlərə görə qarşıdurma, məişət problemləri, yaxınlarınızdan birinin qayda və ya ənənələri pozması istisna deyil. Sakit və təmkinli olun, soyuqqanlı davranın.

Axşam saatlarında neqativ emosiyalarınıza hakim olun.  

Xərçəng - xüsusilə mühüm saydığınız məqsədə çata bilərsiniz. Prioritetləri dürüst müəyyənləşdirin. İkinci dərəcəli məsələləri təxirə salın. Yaxın ətrafınızdakı insanların xahiş və müraciətlərinin hamısını yerinə yetirmək məcburiyyətində deyilsiniz.

Etimadınızdan sui-istifadə etməyə çalışan insanlarla sərt danışın.

Günün ikinci yarısında yaxınlarınızdan biri sizi dəstəkləyəcək. İdeyalarınızın hamısının şəksiz qəbuluna isə bel bağlamayın. Sevdiyiniz insanın istəklərindən biri ilə qəti qərar zamanıdır.

Gəlirlər istina deyil.

Şir - təmaslarda diqqətli olun. Bu gün yalnız etibarına əsla şübhə etmədiyiniz insanlara güvənə bilərsiniz. Ehtiyatlı olun, fırıldaq qurbanına çevrilə bilərsiniz.

Maliyyə fonu uğursuzdur. İtkilər istisna deyil. Maliyyə fırıldaqlarına, şübhəli anlaşmalara və sövdələşmələrə qatılmayın.

Günün ikinci yarısında yaxınlarınızın ünvanına sərt tənqidlər səsləndirməyin. İradlarınız onları incidə bilər. Sevdiyiniz insanla fikir ayrılıqlarının yaranması istisna deyil. Planlarınızı bəyənmir, qəbul etmirlər.

Qız - günün ilk yarısı çox mürəkkəb və ağır dönəm təsiri bağışlaya bilər. Amma hər şey o qədər də pis deyil. Tələsik qərarlar qəbul etməyin. Önəmli qərar verməzdən əvvəl düşünüb-daşının. Razıyıq, cansıxıcı məşğuliyətdir. Amma bu minvalla səhvlər və itkilərdən qurtula bilərsiniz.

Günün ikinci yarısında işdə fikir ayrılıqları yaranacaq. Tapşırıqlarla sifarişlərə münasibətiniz həmkarlarınız və rəhbərliyinizdə narazılıq yarada bilər. Fəqət hadisələrin axarı haqlı olduğunuzu göstərəcək.

Axşam saatları köç, təmirə başlamaq, yaşam arealını yeniləmək, interyer predmetləri almaq üçün əlverişlidir. Mübahisələrə qatılmayın. Yaxınlarızla çəkişsəniz, sonradan barışmaq asan olmayacaq.

Tərəzi - maraqlı ideyalar və planlar yaranacaq. Onları yaxın gələcəkdə reallaşdırmaq çətin deyil. Yeni müttəfiqlərin axtarışını təxirə salmayın. Yardıma ehtiyacınız var, çünki görmək zərurətində qaldığınız işlərin miqyası artır. Cari işləri, rutin məşğuliyyəti unutmayın. Yaxın ətrafınızdakı insanların münasibəti işlərin öhdəsindən gəlmə sürətindən asılıdır.