Kişinin xoşuna gəlmək üçün ilk 7 görüşdə bunu etməyin Vedaların qadınlara ötürdüyü MÜDRİKLİK SİRRİ


Digərləri 04 Noy 2018 23:30:00 330 0

Kişinin xoşuna gəlmək üçün ilk 7 görüşdə bunu etməyin  Vedaların qadınlara ötürdüyü MÜDRİKLİK SİRRİ

Hər bir qadının enerji sahəsində tənəzzül dövrləri olur.

Son.az oxucuları Qədim vedaların (Vedalar və ya Veda təlimi - Hindistanın ən qədim tarixə malik əsas və geniş yayılmış dinlərindən biri. Bir sıra dinlər, xüsusilə brahmanizm, hinduizm, caynizm, buddizm və siqhizm bu təlim əsasında formalaşıb) qadınların energetikasını bərpa edən qəribə üsulları ilə tanış edir. Maraqlıdır ki, o vaxtdan heç nə dəyişməyib! Bu məsləhətlər müasir qadınlar üçün hələ də çox uyğundur.

1. Masaj

Vedalara əsasən qadın bədəninin sığal və toxunuşlara ehtiyacı var. Odur ki, qadın bədənini sevgi ilə sığallamaq lazımdır. Yoxsa enerji aşağı düşür, nəticə etibarı ilə bu bədəni sıxır və xəstəliklər doğurur.

2. Gözəllik salonu

Gözəl saç qadının sadəcə əhval-ruhiyyəsini qaldırmır. Yadda saxlayın ki, saçlar qadının fikirlərinin əksidir. Ona görə də Hindistanda qadınların saçlarına belə əhəmiyyət verilir. Yeri gəlmişkən, orada veda təlimləri çox populyardır.

3. Manikür

"Gözəl əlləri hər zaman öpmək istəyirsən!" , kişilər belə deyir. Qırmızı lak ilə manikür sayəsində rifah və gözəllik enerjisini siz özünüzə tərəf çəkirsiniz.

4. Digər qadınlarla ünsiyyət

Qarşılıqlı enerji mübadiləsi qadınların enerjisini çox gücləndirir. Bir kişinin özünü dərk etməsi üçün sakitlik lazımdır. Qadın isə öz duyğularını rəfiqələri ilə ünsiyyət zamanı yaxşı başa düşür.

5. Uzun söhbətlər (hətta telefonla)

Bu, boş vaxt itkisi deyildir. Bu, həmin qadının enerji partlayışıdır. Əgər qadının sözləri yığılarsa, çox güman ki, ürəyindəkiləri kişiyə boşaldacaq. Bu isə ən yaxşı üsul deyil.

6. Gəzinti

Qadının heç olmasa gündə bir dəfə küçəyə çıxması mütləqdir. Baxmayaraq ki, biz ocağın qoruyucusu sayılırıq, təbiətlə ünsiyyət bizim üçün çox vacibdir!

7. Musiqi

Hər gün musiqiyə qulaq asmaq lazımdır. O, klassik, meditativ və ya ürəyinizə yatan hər hansı həzin musiqi ola bilər. Səhər süfrəsi arxasında çay və ya qəhvə içərkən musiqi qoyun. Mantra səslənsə, lap yaxşı olar.

8. Çətin mövzuları təxirə salın

Bəzən qeyri-ciddi və mənasız şeylər haqqında düşünmək qadın üçün faydalı ola bilər. Qızcığaz rolu ona yenilməz gənclik bəxş edir. Xüsusilə bu bənd biznes-ledilər üçün vacibdir. Çalışın ki, iş məsələlərini işdə qoyun, evə gətirməyin.

9. Qızılgül vannası

Bu ərköyünlük deyil, ehtiyacdır! Bədəninizə bu zövqü yaşatdıqdan sonra ətrafa işıq saçmağa başlayacaqsınız.

10. Meditasiya

İstənilən rahatlaşdırıcı təlimlər qadın gücünü artırır. Heç olmasa gündə bir dəfə yatmazdan qabaq meditasiya ilə məşğul olmaq lazımdır. Meditasiya təbiətdə xüsusilə faydalıdır.

11. Vokal dərsləri

Nəğmə boğaz çakralarını təmizləyir, daha söyüş söymək və kişini danlamaq istəmirsən. Qədim İsparta şəhərində qadınlar haqqında "O nəğmə kimidir" demək kompliment idi.

12. Mağazaları ziyarət

Şopinq sadəcə yeni şeylərə baxmaq üçün deyil. Pulunuz olmasa da, hərdən mağazaları gəzin, xoşunuza gələn geyimləri yoxlayın. Öz gözəlliyinizdən zövq alın. Yadda saxlayın ki, qadın enerjisi güclüdür və bəyəndiyi hər hansı əşyaya sadəcə toxunması kifayətdir ki, tezliklə o sizin qarderobunuza daxil olsun.

13. Psixoloq ziyarəti

Xüsusilə qadınlar! Müdrik, təcrübəli qadın sizə vəziyyətə başqa cür baxmağa və onu anlamağa kömək edə bilər. Müdriklik yaşa dolmuş qadınlar tərəfindən verilir. Eyni səbəbdən nənələrlə, böyük qadınlarla ünsiyyətdə olmaq faydalıdır.

14. Rəqslər

Rəqs istənilən yaşda qadının güc və seksuallığını artırmaq üçün əla vasitədir. Əsasən ərəb və latın rəqsləri yaxşıdır.

15. Yoqa

Yoqa praktikası zehni sakitləşdirir və güc verir. Xüsusilə evli qadınla məşğul olmaq məsləhətdir. Bir kişi məşqçi bədəni yükləməyi öyrədir, lakin enerjini paylaşa bilməz, çünki o, kişidir.

16. Rəfiqələrlə müntəzəm görüşlər

Bir yerə gedərkən qadınlar qüvvələrinin güclü fonunu yaradır, həmçinin çatışmayan keyfiyyətlərin mübadiləsi baş verir.

17. Bitkilərə qulluq

Bitkilərə qulluq qadına enerji verir. Çiçəklənmə, inkişaf - bütün bunlar qadın enerjisinin əksidir.

18. Ərli rəfiqələrlə ünsiyyət

Bu, ərə getmək istəyən qadınlar üçün çox vacibdir. Vedalar üçün ailə enerjisi çox dəyərli və faydalıdır. Odur ki, ərli qadınlarla ünsiyyətdən imtina etməyin. Siz bu görüşdən sonra enerji yığacaqsınız, kişi ilə tanış olmaq istəyi güclənəcək, nəinki tənha qadınların olduğu kluba getmək.

19. Yardım

Kiməsə yardım etməkdən və ya yardım istəməkdən imtina etməyin. "Mən özüm bacararam" inadından imtina etməyi öyrənin, çünki bu, tipik kişi prinsipidir.

20. Kitab mağazalarına gedin

Qəribədir, amma kitabların arasında gəzmək qadını çox ruhlandırır. Heç olmasa həftədə bir neçə saatı bu işə həsr etməyə çalışın. Qadın - bilik ağacıdır. Biliyinizi artıran düzgün kitablar seçin.

21. Kişidən yardım xahiş etmək

İstənilən qayğı bizi daha zərif edir. Eksperiment keçirin və kişidən sizə yardım etməsini xahiş edin. Əhval-ruhiyyəniz 100% yüksələcək!

22. Mütaliə

Çoxdan alıb rəfə qoyduğunuz kitabı oxuyun. İnsanların həyat hekayələri haqqında oxumaq daha faydalıdır. Taleyi öyrənməklə özünü daha yaxşı anlayırsan.

23. Evdə vəzifələri bölüşdürün

Hansısa işi yaxınlarınızdan birinə etibar edin.

24. Kulinariya

Yemək hazırlanması ilə bağlı bütün işlər qadın enerji səviyyəsini xeyli yüksəldir. Qadın ailəsini bəsləyən sahibədir. Bilmirsinizsə, hazırlamağı öyrənin. Bacarırsınızsa, öz məharətlərinizi artırın, hansısa ölkənin mətbəxini öyrənin. Məhəbbətlə hazırlayın, axı bu, sevgi magiyasıdır.

25. Ev sadəcə yaşadığımız mənzil deyil

Qadının evi ilə güclü enerji əlaqəsi var. Ona görə də cırıldayan qapı və ya xarab olmuş kran bizi belə qıcıqlandırır. Qadın üçün bu sadə nöqsan deyil, xarab olmuş hər şey qadın enerjisini udur.

Belə xırda problemlərə görə bəzən kişini narahat etməmək vacibdir. Niyə? Kişi geniş miqyasda düşünür: "Hamamda bütün kafel sökülməlidir, onda yenisini vurmaq lazım olacaq. Divarları ildə neçə dəfə yeniləmək olar".

Bəzən xırda işləri təmir etmək üçün usta çağırmaq daha asandır. Yalnız ərinizə deməyi unutmayın ki, bunu onun çox məşğul olduğunu başa düşdüyünüz üçün etmisiniz. Kişinin öz-özünə qiymət vermə duyğusu çox zəifdir.

26. Planlaşdırma

Hər bir yarımçıq iş və şübhə qadını məhvə sürükləyir. Dəqiq plan öz enerjini saxlamaq üçün bir vasitədir. Əvvəlcə xırda işləri, daha sonra aylıq və illik planınızı qurun.

27. Şam işığında təntənəli nahar və ya ləziz şam yeməyi

Sən demə, bütün bunları sevdiyimiz kişinin tonusunu qaldırmaq üçün etsək də, əslində daha çox özümüz üçün görürük. Bu ecazkar anları həyata keçirin. Özünüzü və yaxınlarınızı sevindirin.

28. Uşaqların təlim-tərbiyəsi

Uşaqlarla ünsiyyət quraraq qadın öz enerji səviyyəsini qaldıra bilər. Bu səbəbdən uşaqlarla oyundan imtina etmək lazım deyil. Daha yaxşısı isə öz bacarıqlarınızı uşaqlara öyrədin: Rəsm, nəğmə, rəqs.

29. Aktyor sənəti dərsləri

Qadın dünyada emosiyalarla yaşayır. Səhnədə müxtəlif rollar ifa etmək qadına kömək edir ki, özünü daha yaxşı anlasın. Bununla yığılmış aqresiyyadan xilas ola bilər, yaxud da sadəcə sevincini bölüşər.

30. Təbiətdə seyr

Mütləq dostların iştirakı ilə piknikə çıxın. Qadının enerji səviyyəsini artıran bir neçə nüans burada birləşir: Birlik, təbiət, biş-düş.

31. Özünə qulluq və makiyaj

Bu, sadəcə kişinin xoşuna gəlmək yolu deyil, ilk növbədə özünü sevindirmək yoludur. Odur ki, evdə də səliqəli saçda və yaxşı geyimdə olmaq vacibdir.

32. Özünə gül hədiyyə etmək

Bu, enerji səviyyəsini artırmaq üçün ən sadə üsullardan biridir. Güllər qadını bəzəməklə qalmır, həm də üzərindəki mənfi enerjini dərhal götürürlər. Əgər kədərlisinizsə, başınızı yastığa qoyub ağlamağa tələsməyin, gedib gül dəstəsi alın.

33. Yubka və ya don

Belə geyim seksuallıq enerjisi ilə əlaqəni bərpa edir. Deyirlər ki, əgər kişiyə həqiqətən də güclü təsir göstərmək istəyirsinizsə, ilk yeddi görüşə şalvarda getməyin. Məlum olub ki, daima şalvar geymək qadın orqanlarına mənfi təsir göstərir.

34. Gənc analar klubu

Əgər balaca uşağınız varsa, belə analarla mütləq əlaqə saxlayın. Bu, təkcə təcrübə mübadiləsi deyil, həm də enerji mübadiləsidir. Ay analığı təcəssüm edir, ay enerjisi isə qadını.

35. Uşaqlara qayğı