Xalları ilə hamını ovsunlayan, kişilərin ağlını başdan alan MƏŞHUR XANIMLAR FOTO


Digərləri 04 Noy 2018 22:40:00 468 0

Xalları ilə hamını ovsunlayan, kişilərin ağlını başdan alan MƏŞHUR XANIMLAR  FOTO

15-ci əsrdə xal şeytani əlaməti sayılırdı. Və ola bilsin ki, hətta onların sahibləri tonqallarda yandırılırdı. 18-ci əsrdə isə konsepsiya dəyişdi və dodağın üzərindəki xallar ehtiraslı təbiət əlaməti adlandırıldı. Onda qadınlar kişilərin xoşuna gəlmək və ya ərə getməkdən ötrü yanaqlarına və ya dodaqlarının ətrafına karandaşla ehtiras nişanı sayılan süni xallar çəkməyə başladı.

Bu yaxşıdır, yoxsa pis? Qüsur və ya məziyyətdir? Rəylər müxtəlifdir. Bəzi ulduzlar xallarından amansızcasına (estetik üsulla) qurtulur, bəziləri isə xalları öz vizit kartı hesab edir.

Son.az bu yazıda oxucuları xalları ilə şöhrət qazanan məşhur qadınlarla tanış edir.

Yeva Mendes

Amerikalı aktrisa və model Yeva Mendes ekzotik gözəlliyi ilə yüzlərlə, bəlkə də minlərlə kişini yoldan çıxarıb. Yeva yanağındakı xalından məmnundur. Yeri gəlmişkən, sol yanaqda xal daim çətinliklərlə qarşılaşan və onlarla mübarizə aparan qadını ifadə edir.

Ancelina Coli

Ancelina Coli dünyanın ən gözəl xanımlarından biridir və bununla mübahisə etmək olmaz. Onun alnındakı xalı harmonik görünür və ulduzun gözəl obrazını heç də pozmur. Alında olan bu xal insanın yaxşı karyera quracağına işarə edir.

Dita fon Tiz

Dünya şöhrətli kino ulduzunu sol gözünün altında xalı olmadan təsəvvür etmək çətindir. O, çox gözəl bilir ki, xalı onu başqalarından fərqləndirən və əlavə bal qazandıran ən qiymətli üstünlüyüdür. Bu xal sahibinin güclü, hissiyyatlı insan olduğunu bildirir.

Nataliya Oreyro

Dodağın üstündəki xal hələ də sesksuallıq və həssaslıq əlaməti sayılır. Kim bilir, bəlkə də bu xalı olmasaydı, "Vəhşi mələk" bu qədər sevilməzdi.

Merilin Monro

Kişilər hələ də bu seks simvolunun gözəlliyi önündə səcdə edir... Sağ yanağındakı xalı məşhur sarışına daha çox seksuallıq və çəkicilik verirdi.

Sindi Krouford


Xəbərə aid fotolar