"Taliban"çılar Əfqanıstanın mərkəzi hissəsində hərbi bazanı ələ keçiriblər


Dünya 04 Noy 2018 20:14:00 232 0

"Taliban"çılar Əfqanıstanın mərkəzi hissəsində hərbi bazanı ələ keçiriblər

"Taliban" radikal hərəkatının silahlıları Əfqanıstanın mərkəzi Uruzqan vilayətinin Tarinkot şəhərində ordunun və polisin hərbi bazasını ələ keçiriblər.

Son.az "report"-a istinadən bildirir ki, bu barədə "Pajvak" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bildirilir ki, baza ərazisində Əfqanıstan ordusunun və polisininin 25 əməkdaşı var. Onların taleyi barədə məlumat yoxdur. "Taliblər"in itkisi barədə də xəbər verilmir.