Hacı Qalib vətəndaşın villasını dağıdıb, həyətini avtodayanacağa çevirib REPORTAJ FOTO


Digərləri 04 Noy 2018 17:13:00 266 1

Hacı Qalib vətəndaşın villasını dağıdıb, həyətini avtodayanacağa çevirib  REPORTAJ  FOTO

Sabiq deputat Hacı Qalib Salahzadə ilə Bakı şəhər sakini, mülkiyyətçi Seymur Quliyev arasında çəkişmə davam edir.

Son.az bildirir ki, "Yeni Müsavat"a müraciət edən S.Quliyev, hacı Qalib Salahzadənin ona məxsus 3 və 2 mərtəbəli evlərini əşyaları ilə birlikdə yerlə bir edərək, torpağını özəlləşdirməsi ilə bağlı şikayətçi olub. Vətəndaşın sözlərinə görə, evləri talan edilib, əşyaları oğurlanıb, həyəti dağıdılıb.  Hazırda fakt üzrə Cinayət Məcəlləsinin 186-cı - əmlakı qəsdən məhv etmə və ya zədələmə və 188-ci - torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma maddələri ilə cinayət işi davam etdirilsə də, S.Quliyev hüquqlarını bərpa edə bilmir. "Yeni Müsavat"a danışan şikayətçi başına gələnləri belə izah etdi: "2012-ci ildə mən xaricdə olarkən, Sabunçu rayonu, 14-cü polis bölməsinin tədqiqatçısı mənə zəng vuraraq, bildirdi ki, Qalib Salahzadənin qardaşının həyat yoldaşı Salahzadə Rəhilə məndən şikayətçi olub. Guya mən üç silahlı şəxslə birgə onun mülkiyyətinə basqın etmişəm. Mən dərhal Bakıdakı vəkilimə müraciət elədim ki, bu məsələni araşdırsın. Bir müddətdən sonra Azərbaycana gəldim, həmin müstəntiqlə görüşdüm.

Mənim evimə və ərazimə baxdı. Evimin bütün sənədlərini ona təqdim elədim. İşə baxdıqdan sonra müstəntiq hər şeyin qanuni olduğuna əmin oldu və işi bağladı. Rəhilə Salahzadə isə iddiasında həmin ərazinin özünə məxsus olduğunu bildirmişdi. 2002-ci ildən mənə məxsus olan topağı qeyri-qanuni yolla əldə etdiyi bələdiyyə sənədi ilə öz adına keçirib. Mənimlə yanaşı qonşumun da torpağını zəbt edib. Qadının adından polisə saxta bələdiyyə sənədi və qəbz təqdim edən də elə Qalib Salahzadə idi. Həmin saxta sənədlərdə yazırdılar ki, guya mənim mülkiyyətimdə olan torpaq bələdiyyənin olub və 2003-cü ildə köhnə manatla 37 milyona Rahilə Salahzadəyə satılıb. Həmin qəbz "Tərəqqi" şirkəti tərəfindən çap olunmuşdu. Biz o şirkətə müraciət elədikdən sonra bizə bildirdilər ki, həmin qəbz 2005-ci ildə Bilgəh bələdiyyəsi tərəfindən sifariş olunub. Yəni Qalib Salahzadənin polisə saxta sənəd təqdim etdiyi rəsmən təsdiqləndi. 2005-ci ildə çap edilən qəbzdən Bilgəh Bələdiyyəsi 2003-cü ildə necə istifadə edə bilərdi? Buna baxmayaraq nə Rəhilə xanım, nə Bilgəh bələdiyyəsinin işçiləri məsuliyyətə cəlb olunmayıblar".


Xəbərə aid fotolar