Sabahın hava proqnozu açıqlanıb


Digərləri 04 Noy 2018 16:26:00 205 0

Sabahın hava proqnozu açıqlanıb

Ölkə ərazisində noyabrın 5-nə gözlənilən hava proqnozu açıqlanıb.

Bakı. Ölkə ərazisində noyabrın 5-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11°, gündüz 17-20° isti təşkil edəcək.