CNN ilə Tramp arasında irqçi reklam davası... FOTO


Dünya 04 Noy 2018 14:00:00 237 0

CNN ilə Tramp arasında irqçi reklam davası...  FOTO

ABŞ-ın CNN telekanalı Donald Trampın eyni adlı oğlu ilə reklam mübahisəsinə girişib.

Son.az musavat.com-a istinadən xəbər verir ki, kiçik Donald Tramp CNN-i atasının yeni reklam kampaniyasını qəsdən yayımlamadığına görə qınayıb.

Oğul Tramp telekanalı yalnız yalan xəbərlər uydurmaqda ittiham edib və ölkədəki real təhdidləri görməzdən gəlməkdə günahlandırıb.

CNN telekanalının cavabı özünü çox gözlətməyib.

"CNN redaksiya adından verdiyi bəyanatla kiçik Trampın bəhs etdiyi reklam çarxının irqçi xarakter daşıdğını artıq izah edib. Bizə buna görə pul təklif olunduqda, dərhal imtina etdik", - kanalın PR meneceri mətbuata bildirib.