Gənc qız psixotrop maddədən zəhərlənib


Digərləri 04 Noy 2018 08:56:00 207 0

Gənc qız psixotrop maddədən zəhərlənib

Sumqayıt şəhərində gənc qız dərman kimi istifadə etdiyi maddədən zəhərlənib.

Son.az "report"-a istinadən bildirir ki, hadisə şəhərin 5 -ci mikrorayonu ərazisində baş verib.

Sumqayıt şəhər sakini, 1992-ci il təvəllüdlü R.Şirinova yaşadığı evdə dərman kimi istifadə etdiyi psixotrop maddə qəbul etdikdən sonra özünü pis hiss edib. O, dərhal yaxınları tərəfindən Sumqayıt Şəhər Təcili Tibbi Yardın Xəstəxanasına çatdırılıb. İlkin müayinə zamanı qızın zəhərləndiyi məlum olub.

Yaxınları bildirib ki, 26 yaşlı R.Şirinova bir müddətdir əsəb xəstəliyindən əziyyət çəkir və nevroloji problem olduğuna görə, sakitləşməsi üçün dərman kimi psixotrop maddə qəbul edir.

Faktla bağlı araşdırma aparılır.