İtaliya hökuməti ailədə üçüncü uşağa görə torpaq sahəsi verməyi planlaşdırır


Dünya 04 Noy 2018 08:36:00 273 0

İtaliya hökuməti ailədə üçüncü uşağa görə torpaq sahəsi verməyi planlaşdırır

İtaliya hökuməti ölkədəki aşağı doğum səviyyəsini yüksəltməyə yönəlmiş yeni plan çərçivəsində üçüncü uşağı olan ailəyə ödənişsiz təsərrüfat sahəsi təklif etmək niyyətindədir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yerli KİV-lərin yaydığı məlumata görə, İtaliyanın yeni büdcə layihəsinə daxil edilən bu təklif 2019-2021-ci illər aralığında üçüncü uşaq dünyaya gətirən valideynlərə dövlətə məxsus kənd təsərrüfatı torpaqlarının 20 illik müddətə verilməsini nəzərdə tutur.

Həmçinin onlara verilən torpaq sahəsi yaxınlığında ev almaq istəyən ailələr 200 min avroyadək faizsiz kredit imkanından faydalana biləcəklər.