Sərxoş sürücü maşını aşırdıb, 3 yaralı var FOTO


Digərləri 04 Noy 2018 08:29:00 245 0

Sərxoş sürücü maşını aşırdıb, 3 yaralı var  FOTO

Bərdənin Qaradəmirçi kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "report"-a istinadən bildirir ki, sürücüsü və sərnişinləri sərxoş halda olan minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı Bərdənin Mustafa ağalı kəndindən olan 1981-ci il təvəllüdlü sürücü Səfərov Yaşar Zöhrab oğlu, eyni kəndin 41 yaşlı sakini Mustafayev Teymur Əliş oğlu və başqa bir sərnişin maında olan digər şəxs tərəfindən xəstəxanaya çatdırılıb. Həmin şəxs daha sonra oradan uzaqlaşıb.


Xəbərə aid fotolar