Kiflənmiş çörəyin “təmiz” tərəfini yemək olarmı? –


Digərləri 03 Noy 2018 23:35:00 340 0

Kiflənmiş çörəyin “təmiz” tərəfini yemək olarmı? –

Əgər çörək, meyvə, tərəvəz və ya pendirin üzərində kif əmələ gəldiyini müşahidə etsəz o zaman belə məhsullardan qətiyyən istifadə etməməyiniz məsləhətdir.  Bizim kif adlandırdığımız gözlə görünən yaşıl-göyümtül təbəqə, əslində, ərzaq məhsulunu bütövlükdə əhatə edən göbələk sisteminin çoxalma orqanlarıdır. Buna görə də demək olar ki, kiflənmiş ərzaqların "təmiz" hissəsi olmur.

Son.az medicina.az-a istinadən bildirir ki, kiflənmiş məhsullar sağlamlıq üçün çox təhlükəlidir. Kifin ifraz etdiyi toksinlər bədənə yığılaraq allergik reaksiya əmələ gətirir. Bundan əlavə davamlı olaraq belə məhsullardan istifadə etmək bədəndə toksinlərin yığılmasına yol aça bilər.