Yanacaqdoldurma məntəqəsinə sərnişinlə gedən sürücülərə cəza


Digərləri 03 Noy 2018 21:47:00 290 0

Yanacaqdoldurma məntəqəsinə sərnişinlə gedən sürücülərə cəza

Sürücünün avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olması, onu işindən edib.

Son.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, dünən 525 saylı avtobus xəttinin sürücüsü belə bir qayda pozuntusuna yol verib. Bu gün isə həmin sürücü işdən çıxarılıb. Aidiyyatı qurum xəbərdarlıq edir ki, sərnişinlərin həyatını təhlükəyə atan sürücülər bir daha digər marşurut xətlərində işə götürülməyəcək.

Araşdırma zamanı məlum olub ki, qanun pozuntusunu metronun ''Memar Əcəmi'' stansiyası yaxınlığından, Masazır qəsəbəsinə işləyən 525 saylı marşrut xəttində fəaliyyət göstərən sürücü edib.

Məsələ ilə bağlı daşıyıcı şirkətlə əlaqə saxladıq. Şirkətin rəhbəri Rövşən Salamov bildirdi ki, qanunlara əməl edilməsi ilə bağlı sürücülərə mütəmadi olaraq təlimat verilir. Buna əməl etməyənlər isə cəzalandırılır.