Ərdoğan: Türkiyə Ukrayna ilə münasibətləri möhkəmləndirəcək


Digərləri 03 Noy 2018 21:25:26 216 0

Ərdoğan: Türkiyə Ukrayna ilə münasibətləri möhkəmləndirəcək

Türkiyə Ukrayna ilə münasibətləri möhkəmləndirməyi davam edəcək.

Bakı. Rauf Quliyev - Türkiyə Ukrayna ilə münasibətləri möhkəmləndirməyi davam edəcək. Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna başçısı Petro Poroşenko ilə görüşdən sonra deyib. Türkiyə prezidenti qeyd edib ki, Ukrayna ilə 2011-ci ildən strateji əməkdaşlıq səviyyəsinə çıxan münasibətlərin dəstəklənməsi üzrə işlər mütəmadi olaraq davam etdirilir: "İldən-ilə biz münasibətləri daha da möhkəmləndiririk və bundan sonra da möhkəmləndirəcəyik. Türkiyə Ukraynada aparılan islahatları dəstəkləyir. Bu islahatların uğurlu həyata keçirilməsi bütün regionun xeyrinə olacaq".