İmam Hüseynin gözəl əxlaqından nümunələr


Digərləri 03 Noy 2018 20:20:00 249 0

İmam Hüseynin gözəl əxlaqından nümunələr

Nəql edilir ki, bir gün bir ərəb İmam Hüseynin (ə) yanına gəlir və deyir: "Ey Peyğəmbər (s) övladı! Mən diyənin hamısını verəcəyimi zəmanət etmişəm. Ancaq onu verməkdən acizəm. Öz-özümə dedim ki, onu insanların ən böyüyündən istəyim. Peyğəmbər (s) nəslindən daha böyüyünü tapa bilmədim".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam (ə) ona buyurur: "Ey ərəb qardaş! Sənə üç sual verəcəyəm, əgər onlardan birinə cavab versən, diyənin üçdə birini verəcəyəm. Əgər ikisinə cavab versən, ikidə birini verəcəyəm, əgər üçünə düz cavab versən, hamısını sənə verəcəyəm".

Ərəb deyir: "Sizin kimi elm və şərəfə malik olan bir insan mənim kimisinə sual vermək istəyir?".

Həzrət (ə) buyurur: "Bəli, cəddim Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: "Məşhurluq mərifətin ölçüsü qədərdir".

Ərəb deyir: "Onda soruşun, əgər cavab versəm (ki, heç), əgər verməsəm cavablarını sizdən öyrənərəm".

İmam (ə) buyurur: "Ən üstün əməl hansıdır?".

Ərəb deyir: "Allaha iman bəsləmək".

İmam (ə) buyurur: "Yoxluq və məhv olmaqdan xilas yolu hansıdır?"

Ərəb deyir: "Allaha etimad etmək".

İmam (ə) buyurur: "İnsana zinət verən nədir?".

Ərəb deyir: "Mülayimliklə bir yerdə olan elm".