Yaponiyada iş və yaşamaq icazəsi


Digərləri 03 Noy 2018 19:59:00 239 0

Yaponiyada iş və yaşamaq icazəsi

Yaponiya hökuməti müəyyən sektorlarda işçi qüvvəsi boşluğunu yaşayır. Hökümət bu boşluğu aradan qaldırmaq üçün yeni qanun layihəsi hazırlayıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, layihəyə əsasən, xarici ölkələrdən işçi qüvvəsinin cəlb edilməsinə müəyyən güzəştlər tətbiq ediləcək.

Bunun üçün iki yeni viza kateqoriyası hazırlanıb. Layihə təsdiq edilsə xüsusən tikinti, kənd təsərrüfatı və səhiyyə sektorunda işləyəcək şəxslərin ölkəyə girişi asanlaşacaq.

Qanun layihəsinə əlavə edilən yeniliyə görə, xaricilərə bəlli bacarıqları və Yapon dili bilgilərinə görə 5 il işləmə və ailələrini ölkəyə gətirmə icazəsi veriləcək.