“Məhrəm qadın” və “halal qadın” ifadələrinin fərqi varmı?


Digərləri 03 Noy 2018 19:50:00 280 0

“Məhrəm qadın” və “halal qadın” ifadələrinin fərqi varmı?

Dilimizdə bu ifadələr adətən eyni mənada işlədilir. Amma dəqiqlik baxımından deməliyik ki, bunların arasında müəyyən məna fərqi vardır. Məhrəm qadın şəriətdə o şəxsə deyilir ki, onunla evlənmək olmaz ("məhrəm" - haram, qadağan olmuş deməkdir).

Son.az islam.az-a istinadən bildirir ki, məsələn, ana, bacı, bibi, xala, qaynana, bacı qızı, qardaş qızı, süd anası, süd bacısı və başqaları. Bunlar insana məhrəm (haram) sayılır və onlarla heç vaxt ailə qurmaq icazəli deyil. Məhrəm qadınlar adamın yanında hicaba riayət etməsələr də olar. Amma "halal qadın" ifadəsi adətən, kəbin vasitəsilə insana halal olan qadınlara aid edilir. Bir daha deyirik ki, ənənədə çox vaxt bu iki söz oxşar və eyni mənada istifadə edilir.