Çox arıq və ya kök olmaq ömrünüzü


Digərləri 03 Noy 2018 19:09:00 312 0

Çox arıq və ya kök olmaq ömrünüzü

Nüfuzlu elmi Lancet jurnalında dərc edilən bir araşdırma çox arıq və ya çox kök olmağın insan ömrünü dörd il qısalda biləcəyini ortaya çıxarıb.

Bu sahədə aparılan ən böyük araşdırmalardan birini həyata keçirən alimlər Böyük Britaniyada həkim qeydiyyatında olan 2 milyon insanı nəzərdən keçirib.

Tədqiqatçılar 40 yaşdan yuxarı və bədən kütləsi indeksinin normal məsafəsi yuxarı səviyyəyə yaxın olan insanların ölüm riskinin ən aşağı olan qrupa daxil olduqlarını müəyyən ediblər.

İndeksdə 18,5-25 arası normal məsafə kimi qəbul edilir. Ən qısa ömrü olan qruplar isə bədən kütlə indeksinin aşağı və yuxarı hissələrində yer alanlardır.

Həkimlərin fikrincə, bir insanın artıq çəkili olub-olmadığını yoxlamağın ən etibarlı yolu bədən kütləsi indeksindən istifadə etməkdir.

Optimal səviyyə

Bədən kütlə indeksi normal məsafədə olan insanlarla müqayisə edildiyində artıq çəki xəstəsi olan kişi və qadınların ömür həddi 4,2 və 3,5 il daha qısadır. Çox arıq insanların isə gözlənilən ömür həddi kişilərdə 4,4, qadınlarda isə 4,5 il daha azdır.

Araşdırma nəticəsində bədən kütlə indeksinin avtobil qəzaları xaricində hər cür ölüm səbəbiylə əlaqəli olduğu məlum olub. Buna xərçəng, ürək-damar və tənəffüs yolları xəstəlikləri də daxildir.

Bədən kütləsi indeksi necə hesablanır?

Boyunuzu metrə ilə ölçün Məsələn, boyu 180 sm olan biri üçün: 1,8 x 1,8 = 3,24

Çəkinizi tapdığınız nəticəyə bölün. Məsələn, 75/3,24 = 23,1