EHTİYATLI OLUN! Qonşu ölkədə 6 ayda 47 nəfər bu həbdən ölüb


Dünya 03 Noy 2018 17:56:00 246 0

EHTİYATLI OLUN!  Qonşu ölkədə 6 ayda 47 nəfər bu həbdən ölüb

İranın Mazandaran vilayətində bu ilin ilk yarısında alüminium fosfid həbindən istifadə nəticəsində 47 nəfər dünyasını dəyişib. Bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 18% artıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Mazandaran vilayəti Ekspertiza İdarəsinin baş direktoru Əli Abbasi deyib.

Onun sözlərinə görə, 6 ayda alüminium fosfid həbindən zəhərlənmə nəticəsində həlak olanların 27-si kişi, qalanları isə qadındır.