Yük maşını aşdı, 20 ton xurma yola dağıldı


Digərləri 03 Noy 2018 13:37:00 241 0

Yük maşını aşdı, 20 ton xurma yola dağıldı

Bakı-Quba-Rusiya sərhədi yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Report-a istinadən xəbər verir ki, Rüfət Şabanov idarə etdiyi yük maşını ilə Quba istiqamətində hərəkətdə olarkən qəflətən avtomobilin yük yeri aşıb. Nəticədə 20 ton xurma yola dağılaraq yararsız hala düşüb.

Xurma sahibi və sürücü xəsarət alıb. Yük maşınına da ciddi ziyan dəyib.

Qeyd edək ki, xurma qonşu Rusiya bazarına aparılırmış.

Faktla bağlı araşdırma aparılır.