Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq nəzərdən keçirilib (FOTO)


Digərləri 03 Noy 2018 13:35:00 250 0

Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq nəzərdən keçirilib (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı ofisinin rəhbəri xanım Hande Harmanci ilə görüş olub.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı ofisinin rəhbəri xanım Hande Harmanci ilə görüş olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əlilliyin qarşısının alınmasının, fiziki məhdudiyyətli insanların sağlamlığının bərpasının ölkəmizdə aparılan sosial siyasətin mühüm istiqamətlərindən olduğunu vurğulayıb. Nazir Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə yüksək diqqət və qayğısı nəticəsində respublikada bərpa-müalicə müəssisələri şəbəkəsinin genişləndirilməsi, bu sahədə infrastrukturun müasir tələblərə uyğun qurulması istiqamətində aparılan işləri diqqətə çatdırıb.