Sərhədi pozan 3 banqladeşli və onlara kömək edən Biləsuvar sakini saxlanılıb


Digərləri 03 Noy 2018 09:38:10 253 0

Sərhədi pozan 3 banqladeşli və onlara kömək edən Biləsuvar sakini saxlanılıb

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi məqsədilə qeyri-leqal miqrasiya qarşı mühafizə tədbirləri davam etdirilir.

Bakı. Elçin Mehdiyev - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi məqsədilə qeyri-leqal miqrasiya qarşı mühafizə tədbirləri davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, oktyabrın 31-də saat 19:15 radələrində Biləsuvar rayo­nunun Biləsuvar kəndinin ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 nəfər Banqladeş Xalq Respublikası vətəndaşı - 1991-ci il təvəllüdlü Hossain MD Kamran, 1982-ci il təvəllüdlü Mollah Salım, 1988-ci il təvəllüdlü Hovlader Abdul Ali, həmçinin niyyətləri İrandan Türkiyəyə getmək olan sər­həd pozucularına dövlət sərhədini keçməyə vasitəçilik edən Biləsuvar ra­yonu Əskərabad kənd sakini 1966-cı il təvəllüdlü Hüseynov Rasət Qəh­rəman oğlu DSX əməkdaşları tərəfindən saxlanılıblar.