Rusiyada FACIƏ: sərnişin qatarı yük maşını ilə toqquşdu


Dünya 03 Noy 2018 09:03:00 252 0

Rusiyada FACIƏ: sərnişin qatarı yük maşını ilə toqquşdu

Rusiyanın Krasnodar diyarında sərnişin qatarı yük maşını ilə toqquşub.

Son.az Trend-ə istinadən bildirir ki, sərnişin qatarının yük maşını ilə dəmir yolu keçidinə çıxması nəticəsində baş verən toqquşmada maşinist, maşinistin köməkçisi, avtomobilin sürücüsü və qatarın 15 sərnişini xəsarət alıblar.

Maşinist, maşinistin köməkçisi və avtomobilin sürücüsü xəstəxanaya yerləşdiriliblər, sərnişinlər isə yüngül xəsarətlərlə tibbi yardım üçün müraciət ediblər.