Latakiya və Hələb atəşə tutulub


Dünya 03 Noy 2018 08:08:00 271 0

Latakiya və Hələb atəşə tutulub

Silahlı qruplaşmalar Suriyanın Latakiya əyalətinin yaşayış məntəqələrini və Hələb şəhərinin rayonlarını atəşə tutublar.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-leytenant Vladimir Savçenko deyib.

V.Savçenkonun sözlərinə görə, silahlıların yaşayış məntəqələrini atəşə tutması nəticəsində 2 hərbçi həlak olub: "Sutka ərzində silahlılar Latakiya əyalətinin Naxşebba, Əl-Salihiyə, Sanceka yaşayış məntəqələrini və Hələb şəhərinin rayonlarını atəşə tutublar. Nəticədə 2 Suriya ordusunun hərbçisi həlak olub, 12-si isə yaralanıb".