LG əyilə bilən smartfon hazırlayıb


Digərləri 03 Noy 2018 07:51:00 229 0

LG əyilə bilən smartfon hazırlayıb

LG şirkəti Samsung və Huawei kimi rəqib şirkətlərdən geri qalmağı planlaşdırmır. Buna görə də şirkət artıq bir neçə aydan sonra öz əyilə bilən smartfon modelini təqdim edə bilər. Məşhur insayder Evan Blass-ın verdyi məlumata əsasən LG şirkəti öz ilk əyilə bilən smartfon modelini CES 2019 sərgisində təqdim edəcək. Bu sərgi isə 8-11 Yanvar tarixlərində Las Veqasda baş tutacaq. Son.az technote.az-a istinadən bildirir ki, bir neçə müddət bundan öncə bir sıra analitiklər bildirmişdilər ki, LG digər şirkətlərdən fərqli olaraq tələsmir və əyilə bilən smartfon modelini yaxın zamanda təqdim etməyəcək.

Görünür, şirkət öz fikrindən daşınıb. Şirkətin ilk əyilə bilən smartfon modeli barəsində isə hələki heç bir məlumat yoxdur. LG-dən fərqli olaraq Evan Blass Samsung şirkəti barəsində heç bir məlumat verməyib. Əvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, Samsung özünün əyilə bilən smartfon modelini bu ayın 7-də keçirilcək Samsung Developer Conference tədbirində təqdim edəcək. Lakin sonrakı məlumatlar smartfonun həmin tədbirdə təqdim edilməyəcəyinə işarə etdilər.