Soyuq havada uşaqları viruslarından necə qoruyaq? Gənc analara məsləhət


Digərləri 02 Noy 2018 23:18:00 491 0

Soyuq havada uşaqları viruslarından necə qoruyaq?  Gənc analara məsləhət

Günay Rəsulova: "Xəstə uşaq məktəbə, yaxud bağçaya getdikdə, ağırlaşma riski daha da artır" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Artıq payızdır, bu ərəfələrdə havalar qəfildən dəyişir. Səhərlər günəşi görüb nazik geyinsək də, axşamlar hava adətən, soyuq olur. Bu məqamda isə qrip virusları sürətli şəkildə yayılmağa başlayır. Təkcə böyüklər deyil, elə uşaqlar da belə havalarda tez-tez xəstələnir. Amma təəssüf ki, bir çox valideyn belə məqamlarda nə edəcəyini bilmir. Bir çoxları düşünür ki, uşağı qalın geyindirməklə, xəstəlikdən sığortalamış olur. Bəs görəsən övladlarımızı soyuq havanın fəsadlarından necə qoruya bilərik? Suallarımızı Pediatr Günay Rəsulova cavablandırdı.

Pediatrın sözlərinə görə, qrip virusları ilə mübarizə aparmaq üçün valideynlər diqqətli olmalıdır. Xəstəliyə yoluxan uşaqları məktəbə, yaxud bağçaya göndərmək olmaz: "Havaların soyuması ilə əlaqədar uşaqlarda tez-tez soyuqdəymə hallarına rast gəlinir. Xüsusilə, bağça, məktəb yaşlı uşaqlar günün çox hissəsini qapalı məkanlarda keçirirlər. Belə məkanlarda adətən hava cərəyanı və oksigen təminatı aşağı olur. Ona görə də, virus infeksiyaları uşaqlar arasında daha tez yayılır. Çünki orada virusların yayılması üçün əlverişli şərait var. Belə məkanlarda virusdaşıyıcı uşaq varsa, sağlam uşaqları da yoluxma riski yüksək olur. Ona görə də, xəstə uşaqları məktəbə, yaxud bağçaya yollamaq olmaz".