Çində 8 min əvvələ aid yaşayış məntəqəsinin qalıqları tapılıb


Digərləri 02 Noy 2018 22:25:00 249 0

Çində 8 min əvvələ aid yaşayış məntəqəsinin qalıqları tapılıb

Çinin Daxili Monqolustan Muxtar Rayonu ərazisində 8400-7800 il əvvələ aid olduğu güman edilən kəndin 16 evinin qalıqları tapılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, arxeoloqlar paleolit və neolit dövrlərinin ortasında mövcud olan Yumin mədəniyyətinə aid elementlərin olduğu ev qalıqlarını Simaqou xarabalıqlarında aşkara çıxarıblar. Həmin ərazidə arxeoloji işlər 2014-cü ildən aparılır.