Nazir: "Səfirin geri çağırılması qəti və qeyriadi diplomatik addımdır"


Dünya 02 Noy 2018 21:50:00 287 0

Nazir: "Səfirin geri çağırılması qəti və qeyriadi diplomatik addımdır"

Danimarka İrandakı səfirini geri çağırıb. Bu barədə bəyanatla Danimarkanın xarici işlər naziri Anders Samuelsen çıxış edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, nazir səfirin geri çağırılmasını qəti və qeyri-adi diplomatik addım adlandırıb.

Xatırladaq ki, Danimarka İranın xüsusi xidmət orqanlarını ölkə ərazisində qeyri-qanunu əməliyyatlar həyata keçirməkdə ittiham edir. İttihama əsasən, İranın xüsusi xidmət orqanları Danimarkada fəaliyyət göstərən iranlı siyasi fəallara qarşı sui-qəsd hazırlayıb. Cari ilin iyul ayında Almaniyada həbs olunan iranlı diplomat Danimarkaya ekstradisiya olunub. Lakin Danimarka hələ ki, İranlı diplomatın casusluq fəaliyyəti ilə məşğul olmasına dair konkret sübutlar təqdim etməyib.