Çindən qaçırılan Budda heykəlinin içindən keşiş mumiyası çıxdı


Digərləri 02 Noy 2018 21:17:00 314 0

Çindən qaçırılan Budda heykəlinin içindən keşiş mumiyası çıxdı

22 il əvvəl Çindəki Budda heykəli Honq-Konqa, oradan da Hollandiyaya aparılıb.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, heykəlin içindən 1000 yaşlı bir keşiş mumiyası çıxıb. Heykəlin oğurlandığı Yançun kəndi isə Hollandiya hökumətindən şikayət edib.

Çinli kəndlilər heykəlin oğurlanması ilə əlaqədar olaraq Çindən qaçırılan heykəli alan kolleksiyoner Oskar van Overimi ittiham ediblər. Oskar van dünən Amsterdama gedərək rəsmi ifadə verib.

2015-ci ildə heykəl incələnmişdi və içində buddaçı bir rahibin olduğu üzə çıxmışdı. Çinlilər rəsmi olaraq heykəlin geri qaytarılmasını tələb etmişdilər.