Təhsil haqqını verməkdə çətinlik çəkən istedadlı tələbələrin təhsil xərcləri maliyyələşdiriləcək


Digərləri 02 Noy 2018 20:03:00 498 0

Təhsil haqqını verməkdə çətinlik çəkən istedadlı tələbələrin təhsil xərcləri maliyyələşdiriləcək

Gənclər Fondu təhsil xərclərinin maliyyələşdirilməsi üzrə ərizə qəbulunu elan edir

Bakı. Azərbaycan Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanına əsasən Gənclər Fondunun nizamnaməsinin 3.1.9.-cu yarımbəndinə uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər qrupuna daxil olan istedadlı gənclərin təhsil xərcləri maliyyələşdiriləcək. Fonddan Trend-ə verilən məlumata görə, maliyyələşmə zamanı tələbənin davamiyyəti və təhsil göstəriciləri əsas götürüləcək. Maliyyələşmə təhsil haqqı xərclərinin tam və ya qismən qarşılanmasını nəzərdə tutur. Müraciət etmək istəyənlər Fondun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydada doldurub, sayt üzərindən Fonda göndərməlidirlər. Fond tərəfindən, aşağıda qeyd edilmiş kateqoriyalara aid olan şəxslərə üstünlük veriləcək: Milli qəhrəman övladları; I, II və III qrup əlil olan gənclər;