ABŞ “Cənub Qaz Dəhlizi” layihəsini antiİran sanksiyalarından istisnalar siyahısına daxil edib


Dünya 02 Noy 2018 19:20:00 267 0

ABŞ “Cənub Qaz Dəhlizi” layihəsini antiİran sanksiyalarından istisnalar siyahısına daxil edib

ABŞ "Cənub Qaz Dəhlizi" layihəsini yaxın günlərdə qüvvəyə minəcək anti-İran sanksiyalarından istisnalar siyahısına daxil edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin sənədində deyilir.

Qeyd olunur ki, bərpa olunan anti-İran sanksiyaları Azərbaycandan Türkiyəyə və Avropaya təbii qazın nəqli üçün boru kəmərinin tikintisi və istifadəsi, eləcə də təbii qaz yataqlarının işlənməsi ilə bağlı layihələri həyata keçirən şəxslərə şamil olunmur.